Ötən il nikahların da, boşanmaların da sayı azalıb

2025-ci ildə ölkədə 48546 nikaha daxilolma və 20675 boşanma halları qeydə alınıb.

Sherg.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, 2024-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,9-dan 4,7-yə, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb.

Nikaha daxilolma səviyyəsi Qarabağ (5,7), Şərqi Zəngəzur (5,6), Dağlıq Şirvan, Lənkəran-Astara və Mil-Muğan (5,1), Şirvan-Salyan (5,0), Mərkəzi Aran (4,9), Bakı şəhəri və QubaXaçmaz (4,8) iqtisadi rayonlarında ölkə göstəricisindən (4,7) yüksək olub.