Qanunlar, qaydalar hamı üçün standart olmalıdır
Yusif Nəzərli
20:31 20.11.2024
Sosial
493
Kənan Novruzov
“Qanun” anlayışına müxtəlif cür tərif verilir. Hüquqi termin kimi “Qanun” hüquq normalarının sistemli toplusu olub, cəmiyyətdə yaranan ictimai münasibətləri tənzimləyir və insanları hüquq pozuntusundan qoruyur həmçinin, qoyulan qadağalara əməl etməyən şəxslərin cəzalandırılmasını müəyyən edir. Fəlsəfədə isə qanun daha çox cəmiyyətin “qırmızı xətləri” kimi xarakterizə edilir.
Bəzilərinə görə, qanunlar insan azadlıqlarını məhdudlaşdırır. Bəziləri isə qanunların əksinə, azadlıqların təmin edilməsinə kömək olduğunu düşünürlər. Əslində isə qanunlar azadlığın anarxiyaya çevrilməsinin qarşısını alır.
Demək olar, hər gün müntəzəm istifadə etdiyim marşrut xətləri üzrə hərəkət edən avtobuslarda oxşar hadisəni müşahidə edirəm. Bəzi sərnişinlər avtobusa arxa qapıdan minməyə, ön qapıdan düşməyə cəhd edirlər. Bəziləri hətta ödənişi etmədən minməyə, yəni sürücünü aldatmağa çalışır. Onlar buna əsas kimi avtobusdakı sıxlığı göstərirlər.
Bəzi sürücülər sərnişinlərin bu cəhdlərinə göz yumur, icazə verirlər. Bəziləri isə əksinə, konkret olaraq “icazə yoxdur” deyirlər.
Məsələ burasındadır ki, əslində sərnişinlərin ön qapıdan düşməsi, arxa qapıdan minməsi qadağandır. Sürücülərin özlərin dediyi kimi, belə olan halda şirkət onları müvafiq qaydada cərimələyir. Odur ki, sürücülər belə məsələlərə diqqətlə yanaşmağa çalışırlar.
Müşahidələrimə əsasən deyə bilərəm ki, sərnişinlərə şərait yaradan, onların rahatlığı naminə tələbləri pozmağa gözə alan sürücülər üçün daha çox problem yaranır. Çünki digərləri xoş üz göstərmir, əsəblərini korlamadan, mübahisəyə getmədən “ya qaydaları pozma, ya da min” deyirlər.
Deməyim odur ki, qanunlar, qaydalar hamı üçün standart olmalıdır. Onlara əməl olunsa, tərəflər arasında heç bir ziddiyyət, qarşıdurma olmaz.
Müəllimlik təcrübəmdən bəhrələnərək bir məqama diqqət çəkim: adətən tələbələr nisbətən sərt, öz fəaliyyətində mövcud qaydaları əsas götürən müəllimlərin dərsində özlərini daha sakit aparırlar. Bu, qarşılıqlı münasibətlərin tənzimlənməsinə kömək edir. Çünki hər iki tərəf öz işini bilir: müəllim dərsini soruşur, tələbə dərs danışır.
Bəzən isə tələbələrə, şagirdlərə şərait yaradılır. Və nəticədə qarşı tərəf bunun davamını, daha artığını gözləyir.
Belə misallar çox çəkmək olar. Əlqərəz, təcrübələr və müşahidələr onu deməyə əsas verir ki, qanunlar heç bir halda pozulmaq üçün deyil.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
17:27 14.10.2026
Gündəm
Lavrov Bakıya gəldi
17:23 14.10.2026
Gündəm
Rusiya müharibəni qələbə qazanmadan dayandırmayacaq - POLİTOLOQ
17:02 14.10.2026
Gündəm
Ermənistan Türkiyə sərhədinin açılmasına möhtacdır - ŞƏRH
17:01 14.10.2026
Gündəm
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib
16:49 14.10.2026
Cəmiyyət
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial
Pensiya alanlara ŞAD XƏBƏR!
14:00 14.10.2026
Sosial
Bacısı oğluna işgəncə verən falçı...
13:58 14.10.2026
Hadisə
Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib
13:55 14.10.2026
Gündəm