Sumqayıtda 2 min abonent qazsız qalacaq

Sumqayıt şəhərində 2 min abonentin qaz təchizatında müvəqqəti fasilə olacaq.

Axar.az xəbər verir ki, bu barədə Azəriqaz İB məlumat yayıb.

Məlumata əsasən Sumqayıt şəhərinin Yaşıl Dərə ərazisinin bir hissəsində d=159 mm-lik orta təzyiqli yeraltı qaz xəttində aşkar olunmuş sızmaların aradan qaldırılması ilə əlaqədar bu gün saat 12:00-dan etibarən 2 min abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qazın verilişi təmir-bərpa işləri başa çatdıqdan sonra bərpa ediləcək.