DSMF-yə yığılan pul kimindir, ekspert bununla bağlı hökumətdən cavab tələb edir
Ölkədə təqaüdçülərin sayı azalır. Sherg.az xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli deyib. Onun sözlərinə görə 1994-cü ildə Azərbaycanda 1 milyon 250,9 min təqaüdçü var idi, 30 ildən sonra, 2026-cı ilin yanvarın ayının 1-nə təqaüdçülərin sayı 1 milyon 98,9 min nəfər olub:
- Təqaüdçülərin sayı ilbəil azaılır, pararlel olaraq da ölkədə doğuş sayı da kəskin azalır – ölkəmiz üçün ciddi problemlər yaranır, bu gün addımlar atılmasa, sabah gec olacaq. Təqaüdçülər üçün ən vacib məsələlərdən biri ömür boyu işləyib, çalışıb DSMF-yə topladıqları vəsaitə çıxışının olmamasıdır. Sayları da azalır, bu boşluq mütləq aradan qaldırılmalıdır, bu gün penseya kapitalının həddi 46080 manatdır. Bunun özü də çoxdur, amma, insanlar var ki, 100-150 min pensiya kapitalları var, amma, həmin vəsait onlar üçün əlçatan deyil. Allah uzaq eləsin, təqüd yaşına çatmadan dünyasını dəyişənlər var, sayları çoxdur – onların varisləri niyə həmin vəsaiti ala bilməsin ki?! Və ya, tutalım, 40 yaşında bir insan işləyib, DSMF-yə, tutalım, 30 min manat yığıb. Amma, həyatdı, dünyasını dəyişir, o pulun aqibəti nə olur?! Bəlkə elə övladına çatsın, bəlkə övladının, məsələn, təhsil haqqını, və ya, övladı ipotekanı o vəsaitdən ödəmək hüququ yaransın?! Niyə olmaz ki bu?! Xülasə, hökumət çıxıb aydın deməlidir – DSMF-yə yığılan vəsait vətəndaşındır, ya yox.