
Tətbiq edilən tibbi sığorta imtiyazları cəzaçəkən şəxslərə də aid edilməlidir -TƏKLİF
08:20 19.09.2025
Sosial
418
Məhbuslar da bu ölkənin vətəndaşlarıdır
“Orda elə ciddi xəstələr var ki, ailələrin də müalicə xərclərini qarşılamağa imkanları çatmır. Ailəsi olmayanlar da var. İcbari tibbi sığorta bütün ölkə boyu tətbiq edilir, vətəndaşlar bundan yararlanır, məhbuslar da yararlanmalıdır”
Məhkumların icbari tibbi sığortadan yararlanması təklif olunur. Bu barədə Milli Məclisin Səhiyyə komitəsinin iclasında komitə sədri Əhliman Əmiraslanov danışıb. Komitə sədri qeyd edib ki, Penitensiar Xidmət üzrə müəssisədə bütün sahələr üzrə həkimlər ola bilməz. Eyni zamanda orada bütün növ tibbi avadanlıqların olması da qeyri-mümkündür. Bunu nəzərə alaraq məhkumların icbari tibbi sığortadan yararlanması təmin edilməlidir. Ə.Əmiraslanov bildirib ki, əvvəllər məhkumlara tibbi yardım lazım olanda yaxınları bu xərcləri qarşılayırdı. İndi isə qaydalar dəyişir. Artıq tibbi sığorta ilə digər vətəndaşlar kimi, Penitensiar Xidmətin müəssisəsində cəza çəkən şəxslər də bundan yararlanacaqlar.
Məsələ ilə bağlı Sherg.az-a danışan D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu qeyd etdi ki, bir müddət əvvəl Ombudsman Aparatının hesabatında bildirilmişdi ki, Penitensiar Xidmət müəssisələrinə başçəkmələr zamanı istifadəyə yararlılıq müddəti bitmiş dərman vasitələri aşkar edilib, müəssisələrin tibbi-sanitariya hissələrinin qeydiyyat jurnallarında zəruri qeydlərin aparılmadığı və ya natamam aparıldığı müşahidə edilib. Bəzi müəssisələrdə dərman təminatının qənaətbəxş olmadığı, xüsusilə nevroloji xəstəliklərdən (epilepsiya, serebral iflic və digər), habelə İİVİQİÇS və şəkərli diabetdən əziyyət çəkənlər üçün dərmanların, ümumiyyətlə, verilmədiyi (2 və 5 saylı cəzaçəkmə müəssisələrində) müəyyən edilib. Hesabatda qeyd olunurdu ki, başçəkmələr zamanı bəzi müəssisələrdə dərman preparatlarının saxlanma qaydalarına riayət edilmədiyi, xüsusi soyuducuda saxlanılması zəruri olan dərmanların açıqda saxlanılması halları (5 saylı cəzaçəkmə müəssisəsi) aşkar edilib. Başçəkmə çərçivəsində həyata keçirilən qəbullar zamanı bəzi məhkumlar tibbi xidmətlərdən şikayət edib, həkim qəbuluna düşməyin çətin olduğunu, ümumiyyətlə, müayinə və müalicə olunmaqda çətinliklərlə üzləşdiklərini bildiriblər:

- Vətəndaşlara tətbiq edilən tibbi sığorta imtiyazları cəzaçəkən şəxslərə də aid edilməlidir. Onlar da bu ölkənin vətəndaşlarıdır. Akademik Əhliman Əmiraslanov çox yaxşı təklif irəli sürüb. Milli Məclisdə İnsan Hüquqları üzrə Müvəkkilin hesabatı dinlənəndə mən də orada iştirak edirdim. Biz də öz təkliflərimizi səsləndirmişdik. Ombudsman Aparatı rəhbərinin, əməkdaşların cəzaçəkmə müəssisələrində, istintaq təcridxanasında apardığı monitorinqlər, məhbuslarla görüşlər mövcud vəziyyəti tam aydınlığı ilə üzə çıxarmağa kömək edir. Biz hüquq müdafiəçiləri, Ədliyyə Nazirliyi yanında İctimai Şura üzvləri də müşahidələrimiz əsasında məlumatları təqdim edirik. Nəticədə real vəziyyət məlum olur. Xəstə məhbusların müalicəsi, demək olar, ailələrin hesabına başa gəlir. Amma dövlət hesabına, icbari tibbi sığorta hesabına təşkil edilməlidir. O zaman da təklif etdik ki, xəstə məhbuslar icbari tibbi sığortaya cəlb edilsin, müalicələri üçün lazım olan dərman preparatları ilə təmin edilsinlər. Epilepsiya xəstəsi, serebral iflic xəstəsi olan məhbuslar, yaşlı məhbuslar var. Elələri var, şəkər xəstəsidir, yüksək qan təzyiqi var, böyrək çatışmazlığı, ağciyər problemləri olanlar var. Ciddi xəstələr var ki, ailələrin də müalicə xərclərini qarşılamağa imkanları çatmır. Ailəsi olmayanlar da var. Onların müalicə xərclərini kimsə qarşılamır. İcbari tibbi sığorta bütün ölkə boyu tətbiq edilir, vətəndaşlar bundan yararlanır, məhbuslar da yararlanmalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ-da fövqəladə vəziyyət elan etdi
11:10 27.08.2026
Dünya
"Sabah"ın Çempionlar Liqasından qazancı 20 milyon avronu keçdi
10:57 27.08.2026
Futbol
Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
10:21 27.08.2026
Ekologiya
FHN-dən güclü külək və yağışla bağlı XƏBƏRDARLIQ
09:51 27.08.2026
Ekologiya
Cinayət işi: Könül Kərimovanın da adı hallanır – DETALLAR
09:48 27.08.2026
Hadisə
Azərbaycanda bu ad cəmi 3 uşağa verilib
09:39 27.08.2026
Cəmiyyət
Ərdoğandan Qarabağ Universiteti ilə bağlı qərar
09:37 27.08.2026
Elm və Təhsil
Nigar Fərhad saxlanılıb
09:26 27.08.2026
Hadisə
Köçəryan iki ay müddətinə həbs edilib
08:57 27.08.2026
Region
Britninin oğlu reklam siması oldu -FOTO
08:40 27.08.2026
Şou
Livan prezidenti strateji yüksəkliklərin orduya verilməsinə çalışır
08:08 27.08.2026
Dünya
Asqırıq, qaz, sidik istəklərini saxlamaq olmaz – Həkimlər
07:37 27.08.2026
Sağlamlıq
Azərbaycanda bu ad cəmi 3 uşağa verildi
06:26 27.08.2026
Sosial
Soyuducunu təmizləyərkən bu səhvə yol verməyin
04:24 27.08.2026
Maraqlı
Bakıda böyüyən türk aktrisanın toyu oldu
03:51 27.08.2026
Şou