Aktrisa Beste Kökdemir ana oldu

Həyat yoldaşı duyğusal paylaşım edib

"Tatlı Küçük Yalancılar", "Alya", "Not Defteri" və "Çıplak Gerçek" kimi seriallarla məşhurlaşan Beste Kökdemir uzun müddətdir ki, iş adamı Fazlı Erdinç Çatak ilə sevgi münasibətində idi. May ayında evlilik təklifi alan və Çataka “Bəli” cavabını verən Kökdemir, 4 iyulda nikah masasına əyləşmişdi.

Beste Kökdemir toydan dərhal sonra etdiyi sürpriz paylaşım vasitəsilə xoş xəbəri elan etmişdi. Kökdemir ultrason görüntüsünü paylaşaraq ana olacağını açıqlamışdı. Aktrisa oğlan uşağı gözlədiklərini də qeyd etmişdi.

Hamiləlik müddətində tez-tez paylaşım edən Kökdemir artıq ana olub. Həyat yoldaşı Fazlı Erdinç Çatak isə etdiyi paylaşımda yazıb:

"Məni dünyanın ən xoşbəxt insanı edən insan, həyat yoldaşım. Oğlumun anası, səni çox sevirəm".