Aleyna Tilki sərbəst buraxıldı

Saxlanılan məşhurlardan Aleyna Tilki, İrəm Sak, Danla Bilic və Mümine Senna Yıldız sərbəst buraxılıb.

Onların tibbi ekspertiza proseduru yekunlaşdıqdan sonra sərbəst buraxıldığı bildirilir.

***

Türkiyədə bir neçə tanınmış şəxs narkotik maddələrin istifadəsi və satışında şübhəli bilinərək saxlanılıb.

Kult.az xəbər verir ki, onlar polisin keçirdiyi əməliyyat çərçivəsində istintaqa cəlb olunublar.

Saxlanılan şəxslər arasında tanınmış müğənni Aleyna Tilki, influnser Danla Bilic və aktrisa İrəm Sak da var.