Amerikalı aktrisa Ancelina Coli ABŞ-ni tərk edərək Avropaya köçməyi planlaşdırır.
Axşam.az xəbər verir ki, bu barədə "Globe Magazine" məlumat yayıb.
Bildirilir ki, aktrisa bu qərarı uşaqlarına daha müstəqil həyat vermək üçün qəbul edib. Mənbə bildirib ki, Coli uzun illər uşaqlarına qayğı göstərib və indi bir qədər öz həyatına vaxt ayırmaq istəyir.
İnsayderlərin sözlərinə görə, Coli Avropada yaşamağı və işləməyi sevir. O düşünür ki, burada ona Los-Anceleslə müqayisədə daha çox hörmət göstərilir.
Mənbə həmçinin qeyd edib ki, aktrisa şəxsi həyatında da tələsmir və öz həyat tərzinə uyğun insan tapacağı günü gözləyir.
Qeyd edək ki, Bred Pitt və Ancelina Coli 2005-ci ildə “Cənab və xanım Smit” filminin çəkilişləri zamanı tanış olub görüşməyə başlayıblar. Baxmayaraq ki, aktyor o zaman tezliklə boşandığı Cennifer Enistonla evli idi (şayiələrə görə, Coli bunu “asanlaşdırıb”). Pitt və Coli 2014-cü ildə evlənsələr də, aktrisa 2016-cı ildə şəxsi təyyarənin göyərtəsində yaranan ciddi mübahisədən sonra boşanmaq üçün məhkəməyə ərizə verib. Bundan sonra Coli onu özünə və uşaqlarına qarşı zorakılıqda ittiham edib. Bredin özü hər şeyi inkar edib. Ayrılıqdan sonra cütlük üçü övladlığa götürülən altı uşağın himayəsi və “Chateau Miraval” şərab zavodu ilə bağlı məsələlərin həllinə uzun illər sərf ediblər.