Aydan Şenerin ata dərdi: “Gülə-gülə, yaraşıqlım”

Yeşilçamın ustalarından olan Aydan Şenerin atası Nezir Şener vəfat edib. Məşhur aktrisa acı xəbəri sosial şəbəkə hesabından paylaşıb.

Sherg.az xəbər verir ki, 1986-cı ildə “Çalıkuşu” romanının serial uyarlamasında canlandırdığı “Fəridə” rolu ilə böyük şöhrət qazanan və illər ərzində bir çox layihədə rol alan Aydan Şener, atası Nezir Şenerin vəfat etdiyini sosial mediada açıqlayıb.

Aktrisa atasının bir neçə fotosunu paylaşaraq kədərini belə ifadə edib:

“Yaraşıqlım mənim. İlk sevgim... Yol yoldaşım, canım atam. Gülə, gülə... Məkanın cənnət olsun.”

Məşhur aktrisanın paylaşımına çox sayda başsağlığı mesajı gəlib.

Aydan Şener son olaraq “Üç Kız Kardeş” adlı serialda rol alıb.