Azərbaycanın "Avroviziya" təmsilçisinin ifa edəcəyi mahnı məlum olub
13:03 19.02.2025
Şou
548
Azərbaycanın Avroviziya 2025 mahnı müsabiqəsindəki rəsmi mahnısı bəlli olub.
Sherg,az xəbər verir ki, Mamagama qrupu may ayında Avropa səhnəsinə "Run with U" adlı dinamik və enerjili mahnı ilə çıxacaq.
Mahnının sözləri Asəf Mişiyevə (Saphael Mishi), musiqisi isə Asəf Mişiyev (Saphael Mishi), Həsən Heydər (KHVS) və Roman Zilianevə (Roman Zee) aiddir.
“Run with U” müasir səs texnologiyası, güclü ritmləri və təsirli melodiyası ilə Avroviziya səhnəsinə yeni bir nəfəs gətirir. Mahnı dinləyicilərə ruhlandırıcı bir hiss bəxş etməyi hədəfləyir.
Mahnının futuristik üslubda çəkilmiş rəsmi klipində Azərbaycanın Avroviziya tarixində iştirak etmiş sənətçilər də yer alır. Klipin əsas süjeti musiqinin gücünü vurğulayan maraqlı bir hekayəyə əsaslanır: bir robot həyata qayıtmaq üçün mübarizə aparır, lakin qrup üzvləri Həsən və Arifin bütün cəhdlərinə baxmayaraq, bu mümkün olmur. Onlara dəstək olmaq üçün 2023-cü ilin Avroviziya iştirakçıları, əkiz qardaşlar Tural və Turan da qoşulur, lakin bu, onlarda da alınmır.
Sonda, 2024-cü ilin iştirakçıları Fahree və İlkin Dövlətovun gəlişi ilə hər şey dəyişir. Əsrarəngiz səsi ilə seçilən və muğamlarımızın möhtəşəm ifaçısı olan İlkin, Azərbaycanın dərin mədəni irsini yaşadan sazı gətirir və onu Həsən və Arifə təqdim edir. Sazın simlərinə toxunulduğu anda sehr baş verir – robot həyata qayıdır.
Əvvəlki illərdə Azərbaycan milli alətləri Avroviziya səhnəsində yer alsa da, ilk dəfə olaraq sazın sədaları bütün Avropaya yayılacaq. Bu alət musiqinin ruh və insan arasındakı güclü əlaqəsini, hətta cansız obyektlərə belə həyat vermə gücünü simvolizə edir.
Klipin yaradıcı heyəti musiqi və vizual estetikanın mükəmməl ahəngini yaratmağa çalışıb. Avroviziyada Azərbaycan nümayəndə heyətinin rəhbəri Nurlana Cəfərova və media rəhbəri Turab Teymurov bu barədə fikirlərini bölüşüb: "Biz bu klipi sadəcə bir musiqi videosu kimi deyil, həm də dərin mənaya malik bir hekayə kimi qurduq. Robotun həyata qayıtması yalnız texnologiyanın deyil, musiqinin insan ruhuna təsir edən əbədi gücünün göstəricisidir. Sazın bu prosesdə əsas rol oynaması isə mədəni irsimizə olan sevgimizin və hörmətimizin simvoludur. Ümid edirik ki, bu vizual və musiqi harmoniyası tamaşaçılara unudulmaz bir təcrübə bəxş edəcək."
Klipin rejissoru Elvin Əhmədoğludur.
Mamagama qrupu gənc və istedadlı musiqiçilərdən – Asəf Mişiyev, Həsən Heydər və Arif İmanovdan ibarətdir. Onların musiqisi fərqli üslubların birləşməsi və modern yanaşmaları ilə seçilir. "Run with U" mahnısı qrupun yaradıcılığını beynəlxalq auditoriyaya tanıtmaq üçün böyük bir imkan olacaq. Mamagama mayın 13-də Avroviziya mahnı müsabiqəsinin birinci yarımfinalının ikinci hissəsində səhnəyə çıxacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm