
Bakıda möhtəşəm Özcan Dəniz gecəsi keçirilib -FOTO
09:40 01.11.2025
Şou
516
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə Özcan Deniz Bakıda unudulmaz konsert proqramı ilə çıxış edib.
Sherg.az xəbər verir ki, musiqisevərlərin böyük marağına səbəb olan möhtəşəm gecə boyunca Özcan Dəniz repertuarının ən sevilən və dillər əzbərinə çevrilən hit mahnılarını səsləndirərək tamaşaçılara unudulmaz anlar yaşadıb. Bütün mahnılarını canlı ifa edən sənətçi səmimi davranışı və səhnə enerjisi ilə dinləyiciləri coşdurub. Hər ifadan sonra izləyicilərin gurultulu alqışları zalı bürüyüb.
Sevilən müğənni Bakı tamaşaçıları üçün yeni mahnısı olan “Arabesk”i də söyləyib.
Ara-sıra tamaşaçılarla səmimi ünsiyyət quran ulduz qonaq tezliklə yenidən paytaxt Bakıya konsert proqramı ilə gələcəyini də bildirib: “Mənim üçün Bakı səhnəsində çıxış etmək çox xüsusi bir duyğudur. Buradakı tamaşaçıların sevgisi, enerjisi və səmimiyyəti məni dərindən təsirləndirdi. Bu gecə yaddaşımda qalacaq və çox tezliklə yenidən görüşəcəyik”.
Konsertin sonunda tamaşaçılar sənətçini ayaqüstə alqışlayaraq, uzun müddət səhnəni tərk etməsinə imkan vermədilər. Gecə musiqi, sevgi və səmimiyyət dolu ab-hava ilə yadda qalıb.
Elmar İbrahimli

Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial
Pensiya alanlara ŞAD XƏBƏR!
14:00 14.10.2026
Sosial
Bacısı oğluna işgəncə verən falçı...
13:58 14.10.2026
Hadisə
Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib
13:55 14.10.2026
Gündəm
Xarkov vilayətində 5 Ukrayna hərbçisi güllələnib
13:39 14.10.2026
Dünya
Hörmüz boğazında konteyner daşıyan gəmi minaya düşdü
13:37 14.10.2026
Dünya
İran telekanalının Azərbaycana qarşı informasiya hücumu ifşa olundu
13:18 14.10.2026
Media
Yüzlərlə uşaq qatili erməni separatçı məhv edildi
13:14 14.10.2026
Aktual
Kartdan karta ödənişlərdə tutulmalar - Belə olacaq
13:11 14.10.2026
İqtisadiyyat