Televiziya dünyasının sevilən simalarından Beyazıt Öztürk, sosial medianın gündəminə düşüb. “Kanal D”-də “yaxında” qeydi ilə paylaşılan tanıtım, qısa müddətdə Öztürkü dijital platformalarda ən çox danışılan şəxslərdən birinə çevirib.
Sherg.az xəbər verir ki, Öztürk “Sizə bir sürprizim var” qeydi ilə paylaşım etdikdən sonra X (Twitter) və Instagram-da minlərlə istifadəçi şərh yazıb.
Şoumenin qısa müddətdə trend topic (TT) olması ilə yanaşı, pərəstişkarları onu yenidən televiziyada görmək üçün səbirsizliklərini ifadə ediblər. Öztürkün layihəsi artıq böyük maraq yaradıb.
Maraq yaradacaq paylaşımın təsiri statistik göstəricilərə də əks olunub. “Kanal D” və Beyazıt Öztürkün “yaxında” qeydi ilə etdikləri gizli paylaşım 14 saat ərzində 5,5 milyondan çox izlənməyə çatıb və qısa zamanda geniş kütlələrə yayılıb. Bu izlənmə nəticələri, tamaşaçıların Öztürkü çox darıxdığını göstərir.