Biletinin 54 minə satılması tənqid edildi

Türkiyəli məşhur şoumen Cem Yılmazın "stand-up"ının biletlərinin qiyməti gündəm olub.

Axşam.az xəbər verir ki, biletlər normal halda 850 lira ilə 5500 lirə (təxminənə 220 manat) arası, vip yerlər isə 10 min lirəyə (təxminənə 400 manat) satışa çıxarılıb.

Sürətlə bitən biletlərin ardından daha bir xəbər gündəmi zəbt edib. Belə ki, biletlərdən çox sayda alan şəxslər onları "qara bazar"da satmağa başlayıb. Bir bilet isə 54 min lirəyə (təxminənə 2160 manat) satışa çıxarılıb. 

Bu isə sosial şəbəkədə tənqid olunub. İnsanlar bir konsertə bu qədər pul verməyin ağılsızlıq olduğunu yazıb.