"Blackpink"dən 100 milyonluq rekord

Cənubi Koreyanın məşhur key-pop qrupu "Blackpink" tarixdə yutubun qırmızı brilyant düyməsini alan ilk musiqi kollektivi olub.

Axşam.az xəbər verir ki, bu mükafat platformada 100 milyon abunəçini keçən kanallara təqdim olunur.

Hazırda qırmızı brilyant düyməyə 20-dən az kanal sahibdir. Bu siyahıya "T-Series", "MrBeast", "Cocomelon", "Like Nastya", "Vlad and Niki", "SET India", "WWE" və "Kids Diana Show" daxildir.

Bu mükafata ilk layiq görülən kanal isə Hindistanın kino şirkəti "T-Series" olub. 2019-cu ildə düymə həmçinin məşhur bloger "PewDiePie"ə təqdim edilib.