Castin Timberleyk həyat yoldaşı ilə

Məşhur müğənni Castin Timberleyk və həyat yoldaşı Cessika Biel hazırda Nyu-Yorkda vaxt keçirirlər.

OLAY yazır ki, cütlük ailələri ilə birlikdə şəhərdə yerləşən “Greenwich Hotel”ə yerləşiblər.

Gəzinti üçün Castin qara idman şalvarı və qara polo köynək geyinib, onu ağ idman ayaqqabıları ilə tamamlayıb. Cessika isə gödəkcə və açıq rəngli cins şalvardan ibarət kombini ağ köynəklə tamamlayıb.

Qeyd edək ki, sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə saxlanılması ilə bağlı videonun bu ilin əvvəlində yayılmasından sonra Castin Timberleyk daha çox diqqətdən kənarda qalmağa çalışır. Həmin hadisə zamanı sənətçi saxlanılmış, bir gecə həbsdə qalmış və görüntülər daha sonra internetdə geniş yayılmışdı.