Cessika Albanın eks-əri 25 yaşlı modellə sevgilidir

17 illik evlilikdən sonra Cessika Albadan ayrılan 46 yaşlı kinoprodüser Keş Uorren 25 yaşlı model Hana Sun Dorr ilə eşq yaşayır.

Axşam.az xəbər verir ki, cütlük Los-Ancelesdəki restoranlardan birində nahar edib. Paparassilər hətta görüşdüklərini də çəkə biliblər. Şəkillər yayılanda çoxları Hananın Cessikaya çox bənzədiyini yazmağa başlayıb: hər halda onların saç düzümü və üslubu oxşardır.

Maraqlıdır ki, cəmi bir həftə əvvəl Keş heç kimlə görüşmədiyini demiş, keçmiş həyat yoldaşının yeni romantikası ilə bağlı suala isə “onun üçün xoşbəxtəm” cavabını vermişdi.

Xatırladaq ki, iyulun ortalarında Alba 32 yaşlı Kapitan Amerika ulduzu Denni Ramirezlə birlikdə fotosessiyaya etdirib.