Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu

Türkiyəli aktrisa Demet Özdemir 79-cu Cannes Film Festivalı çərçivəsində qırmızı xalçada nümayiş etdirdiyi obrazı ilə böyük maraq doğurub.

Sherg.az xəbər verir ki, "Kanal D"-də yayımlanan “Eşref Rüya” serialının baş rollarından birini canlandıran 34 yaşlı aktrisa festivaldan yeni fotolarını sosial media hesabında paylaşıb.

Fit görünüşü və zərif üslubu ilə medianın diqqətini çəkən Özdemirin paylaşımı qısa müddətdə minlərlə bəyənmə və şərh toplayıb. İzləyicilər və pərəstişkarları aktrisanın Kann qırmızı xalçasındakı görünüşünü yüksək qiymətləndiriblər.