Demetin çantası gündəm oldu

Məşhur türkiyəli müğənni Demet Akalın sosial media hesabında paylaşdığı dəbdəbəli çantası ilə diqqət çəkib.

“Qafqazinfo” xəbər verir ki, dünyaca məşhur bir markaya aid olan çanta üçün Akalının təxminən 450 min lirə (18 min manat) ödədiyi məlum olub.

Müğənni çantasını sosial şəbəkədə “Balaca yeni körpə, bizə şans gətir” qeydi ilə paylaşıb.

Çantanın qiyməti qısa zamanda sosial mediada gündəm olub.