Məşhur türk müğənnisi Derya Uluğ sevgilisi Asil Gök ilə birlikdə Dubaya gedib.
Sherg.az xəbər verir ki, burada dincələn 39 yaşlı Derya Uluğ, qara bikinisi ilə günəşlənərkən çəkdiyi fotosunu sosial media hesabında yayımlayıb.
Məşhur müğənni paylaşımına “Mən günəş insanıyam” qeydi əlavə edib. Fit görünüşü ilə diqqət çəkən Uluğun sahil fotosu böyük maraq doğurub.
Digər tərəfdən, tətil üçün Dubaya gedən yeganə məşhurlar Derya Uluğ və Asil Gök deyil.
Uzun müddətdir ekranlardan uzaq olan Tolgahan Sayışman da həyat yoldaşı Almeda Abazi və övladları ilə birlikdə Dubaya gedib. Məşhur aktyor tətil fotolarını izləyiciləri ilə paylaşıb.
Magazin dünyasının sevilən cütlüklərindən olan Fahriye Evcen və Burak Özçivit də oğulları Karan və Kerem ilə birlikdə Dubayda dincəliblər.