FIFA Dünya Kuboku 2026 final matçında tarixdə ilk dəfə devrə arası şou təşkil olunacaq.
Final şousunda dünya şöhrətli ifaçılar Madonna, Şakira və BTS səhnə alacaq.
Final qarşılaşması 19 iyul tarixində ABŞ-ın Nyu-Cersi ştatında yerləşən MetLife stadionunda keçiriləcək.
Təşkilatçılar bu şounun həm musiqi, həm də futbolu birləşdirərək FIFA-nın sosial layihələrinə dəstək məqsədi daşıdığını bildiriblər.
Turnir çərçivəsində açılış mərasimlərində də müxtəlif ölkələrdən məşhur sənətçilərin çıxış edəcəyi qeyd olunub.