Əməkdar artist Elza Seyidcahan və müğənni Roza Zərgərlinin məhkəmə prosesi keçirilib.
Bu haqda Axşam.az-a açıqlamasında E.Seyidcahan bildirib. O qeyd edib ki, məhkəmə ötən gün baş tutub. İfaçı qərarın onun xeyrinə olmasına baxmayaraq, tam da razı qalmadığını söyləyib.
E.Seyidcahanın vəkili Elşən Behbudov əlavə edib ki, Apellyasiya Məhkəməsinə müraciət edəcəklər:
"Yasamal Rayon Məhkəməsində Ayşən Sultanovanın sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən, Roza Zərgərli Elza Seyidcahana 1000 manat təzminat verməli olacaq. Eyni zamanda məhkəmə Roza Zərgərlinin sözlərini yalan kimi qəbul edib. Buna görə üzr istəməsi tələb olunur. Amma təzminat təmin edilsə də, üzr edilməyib. Buna görə də Apellyasiya Məhkəməsinə müraciət edəcəyik".
Qeyd edək ki, Roza Zərgərli yutubda yayımlanan "Baylarsoylar" layihəsində Seyidcahanın ünvanına təhqiramiz fikirlər səsləndirərək, onu "meymun", "təlxək", "dəli" adlandırıb. Şərəf, ləyaqət və işgüzar nüfuzunun təhqir edildiyini bildirən E.Seyidcahan qarşı tərəfi məhkəməyə verib.