Eşqləri 9 ay çəkdi: Tom Kruz və Ana de Armas ayrılıblar

Hollivud ulduzu Tom Kruz bir müddət əvvəl həmkarı Ana de Armas ilə yeni münasibətə başlamışdı. 

Sherg.az xəbər verir ki, İspaniyada görüntülənən sevgillərin münasibətlərini rəsmiləşdirməyə hazırlaşdığı deyilirdi.
Lakin “Daily Mail” nəşrinin məlumatına görə, Tom Kruz və 37 yaşlı Ana de Armas 9 aylıq münasibətlərinə son qoyublar.
Cütlüyə yaxın mənbə bildirib:
“Tom və Ana birlikdə gözəl vaxt keçirdilər, amma münasibətlərini davam etdirməməyə qərar verdilər.”
Mənbə əlavə edib ki, aralarındakı qığılcım sönüb və onlar dost olaraq daha yaxşı anlaşdıqlarını düşünürlər.
63 yaşlı Tom Kruz və Ana de Armas məsələ ilə bağlı hələ rəsmi açıqlama verməyiblər.