“Estetikim yoxdur” - Kendal Cenner

Model Kendall Cenner estetik iddialarına cavab verib.

OLAY yazır ki, o, üzündə hər hansı bir əməliyyat olmadığını bildirib.

“Alnıma iki dəfə “baby botoks” etdirilmişəm, amma bəyənmədim, hələ də sevmirəm. Bəzən yenidən etdirməyi düşünürəm, amma qaşlarım onsuz da çox düz və gözlərimə yaxındır… Mimikalarımın itməsini istəmirəm, ona görə də imtina edirəm”, - deyə, Kendal qeyd edib.