Fahriye Evcen oğlu ilə yeni fotosunu paylaşıb

Məşhur türk aktrisa Fahriye Evcen kiçik oğlu Kərəm ilə yeni fotosunu paylaşıb.

Sherg.az xəbər verir ki, 2017-ci ildə Burak Özçivit ilə ailə quran Fahriye Evcen bir müddətdir ki, ekranlardan uzaqdır. 2019-cu ildə ilk övladı Karanı dünyaya gətirən aktrisa, 2023-cü ildə isə Kərəm adlı ikinci oğlunu qucağına alıb. Məşhur sənətçi tez-tez sosial şəbəkələrdə paylaşdığı fotolarla gündəmdə qalır.

38 yaşlı aktrisa bu dəfə kiçik oğlu Kərəm ilə yeni fotosunu izləyiciləri ilə bölüşüb.