Halit Ergenç haqqında həbs qərarı verildi

Türkiyəli aktyorlar Halit Ergenç və Rıza Kocaoğlu həbs hökmü verilib.

Teleqraf xəbər verir ki, menecer Ayşe Barım barəsində aparılan istintaq çərçivəsində şahid qismində dindirilən aktyor Halit Ergenç və Rıza Kocaoğlu yalan ifadə verməkdə ittiham olunurlar.

Məhkəmə Halit Ergenç’ə 1 il 10 ay 15 gün, Rıza Kocaoğluna isə 1 il 8 ay həbs cəzası verib.