Hande Erçelin narkotik testinin nəticəsi açıqlandı

Türkiyədə narkotik əməliyyatları nəticəsində xarici ölkədən qayıdarkən hava limanında saxlanılan daha sonra sərbəst buraxılan aktrisa Hande Erçelin testlərinin nəticəsi bəlli olub.

Axşam.az xəbər verir ki, aktrisadan götürülən test nümunələrinin nəticələri neqativ olub. Bildirilib ki, Məhkəmə Tibbi Ekspertiza İnstitutu tərəfindən aparılan testlər nəticəsində Erçeldə narkotik istifadəsinə dair heç bir dəlil aşkar edilməyib.

Qeyd edək ki, istintaq çərçivəsində həmin vaxt 14 nəfər saxlanılıb. Onlar arasında Handenin eks-sevgilisi, iş adamı Hakan Sabancı da yer almışdı.