Harika Avcı təəccübləndirdi: “Mən ölməyi seçdim!”

1980-ci illərə damğa vuran Harika Avcı uzun müddətdir ki, gözlərdən uzaq bir həyat yaşayır. Sağlamlıq durumu ilə bağlı açıqlama verən məşhur sənətçi, həkimə getmədiyini bildirib.

Uzun müddətdir səssizliyə çəkilən məşhur aktrisa və müğənni Harika Avcı, son vaxtlar maddi çətinliklər yaşadığı və ev kirayəsini ödəyə bilmədiyi iddiaları ilə gündəmə gəlmişdi.

Sherg.az xəbər verir ki, Sherg.az xəbər verir ki, 65 yaşlı Harika Avcı ciddi sağlamlıq problemləri yaşadığını və bu barədə səssizliyini Onur Akaya pozduğunu deyib.

Məşhur sənətçi:

“Qısa müddətə ölümüm eşidiləcək. Qaraciyərim sıradan çıxıb. Həkimə də getmirəm. Mən ölməyi seçdim. Ölüm səbəbim sirroz olacaq,” – deyə bildirib.

Harika Avcı sözlərinə belə davam edib:

“Əvvəllər də mənə qaraciyər xərçəngi diaqnozu qoyulmuşdu. Amma bir ricam var – itim mən öldükdən sonra da yaşamağa davam edəcəksə, ona sahib çıx. Mən hamını bağışladım.”

1980-ci illərdə ard-arda bir çox filmdə rol alan və əsl adı Nermin Ocak olan sənətçiyə “Harika Avcı” adını verən şəxs isə məşhur sənətkar Gönül Yazar olmuşdu.