Hazal Kayanın yeni imici müzakirə yaratdı

Sosial media iki yerə bölündü

 “Aşkı Memnu”, “Bizim Hikaye” və “Pera Palasta Gece Yarısı” kimi layihələrlə milyonların sevgisini qazanana məşhur aktrisa Hazal Kaya indi də yeni serialı “Sekizinci Aile” öncəsi keçirdiyi imic dəyişikliyi ilə diqqət çəkir.

Sherg.az xəbər verir ki, son dövrdə ciddi bir pəhrizlə çəki verən və saçlarını sarıya boyayan Hazal Kaya, üzündəki dəyişikliklərlə də gündəmə gəlib. Sosial media istifadəçiləri aktrisanın üz cizgilərinin daha aydınlaşdığını və gülüşündə fərqliliklər olduğunu qeyd edirlər. Eyni zamanda, Hazal Kayanın diş estetikası və bişektomi əməliyyatı etdirdiyi iddiaları da yayılmağa başladı.

Yeni görünüşü qısa müddətdə sosial mediada geniş müzakirələrə səbəb olub. İzləyicilər “Keçmiş imici daha yaxşı idi”, “Dişləri heç uyğun olmamış”, “Özünə nə edib belə?” kimi şərhlərlə aktrisanın dəyişimini müzakirə mövzusuna çeviriblər.