“Hələ də dəlicəsinə aşiqəm” - Lukas Torreyradan etiraf

Son dövrlərin ən məşhur aktrisalarından olan və Lukas Torreyra ilə yaşadığı çətin münasibətlə tez-tez gündəmə gələn Devrim Özkan yenidən xəbər mövzusuna çevrilib. Evlənəcəkləri gözlənilən cütlüyün ayrılığı hər kəsi təəccübləndirmişdi. Cütlüyün ayrılığı ilə bağlı yeni məlumat ortaya çıxıb.

Sherg.az xəbər verir ki, gözəl aktrisa Devrim Özkan “Rüya”, “Vatanım Sensin”, “Gelsin Hayat Bildiği Gibi”, “Çift Kişilik Oda” kimi layihələrdəki rolları ilə diqqət çəkməyə davam edir.

2 avqustda barışmaq qərarı alan, lakin sonradan yenidən ayrılan Devrim Özkan İstanbul gecələrində görüntülənib. Magazin müxbirlərinin Lukas Torreyra ilə bağlı sualına Özkan: “Hazırda münasibətim yoxdur, çox yaxşıyam”, - deyə cavab verib.

Bir ayrılıb bir barışmaları səbəbilə münasibətin hansı istiqamətə gedəcəyi maraqla izlənilərkən, Lukas Torreyra tərəfdən yeni bir açıqlama gəlib. Onun hələ də Devrim Özkana çox aşiq olduğu üzə çıxıb.

Torreyra “Gəl danışaq ” proqramında Ece Erkenə danışıb. Ece Erken məsələni belə çatdırıb:

“Lukas Torreyra mənə ulaşıb və bunu bəlkə də ilk dəfə buradan deyirik. Heç bir başqa qızla əlaqəsi olmadığı kimi Devrim Özkana da dəlicəsinə aşiqdir. Münasibətdə bəzi səhvlər edilib, yeni bir səhifə açmaq istəyir. “Həyatımın eşqi olsun” deyir Lukas Torreyra.”