Kris Prett qayınatası Şvartseneggerin möhtəşəm hədiyyəsini açıqladı

Aktyor Kris Prett, bu il Milad bayramında qayınatası Arnold Şvartseneggerdən aldıqları qeyri-adi hədiyyədən danışıb. O bildirib ki, Arnold Şvartsenegger  onlara özünün və üç nəvəsinin Şaxta baba geyimində təsvir olunduğu, ölçüsü təxminən 1,8 × 2,4 metr olan nəhəng tablo hədiyyə edib.

Sherg.az xəbər verir ki, Prett bu hədiyyəni indiyə qədər gördüyü ən gözəl və ən realistik tablo adlandırsa da, onunla nə edəcəklərinə hələ qərar vermədiklərini deyib.