Markl qızının əvvəllər görünməmiş şəkillərini paylaşdı

2020-ci ildə İngiltərədəki krallıq vəzifələrini tərk edən Şahzadə Harri və Meqan Markl cütlüyü ABŞ-a köçərək həyatlarında yeni bir səhifə açıblar.
Sherg.az xəbər verir ki, cütlük krallıq ailəsindən ayrılsa da gündəmdə qalmağı bacarır. 43 yaşlı Markl qızı Lilibetin əvvəllər görünməmiş şəkillərini sosial media hesabında paylaşıb.
Ümumiyyətlə uşaqlarının şəkillərini paylaşmamağa diqqət edən Markl qızının 4-cü doğum günündə doğumdan sonra çəkilən bir kadrı paylaşıb.
Markl paylaşımına belə yazıb:
“Gözəl qızımıza xoşbəxt illər! 4 il əvvəl bu gün həyatımıza gəldi və sayəsində hər gün daha parlaq və daha yaxşıdır.”