Mirkamil Kamilov əməliyyat olundu

Müğənni Mirkamil Kamilov ikinci dəfə ürəyindən əməliyyat olunub.

Axşam.az xəbər verir ki, bu barədə xanəndə Eldəniz Məmmədov "Elgizlə izlə" verilişinə açıqlamasında bildirib. O, ifaçının durumunun yaxşı olduğunu açıqlayıb:

"Səhhəti yaxşıdır. Bir az əvvəl danışmışam, 2-3 günə evə buraxılacaq".

Qeyd edək ki, Mirkamil Xalq artisti Mələkxanım Eyubovanın bacısı oğludur. O, son illərdir səhnədən uzaqlaşıb, sosial şəbəkə hesablarını silib. Müğənni 2014-cü ildə ürəyindən əməliyyat olunmuşdu.