Müğənni Şimal vəfat etdi

Tanınmış müğənni 39 yaşında həyatını itirib

.Tanınmış müğənni 39 yaşında həyatını itirib. 2021-ci ildə süd vəzi xərçəngi diaqnozu qoyulan və çətin müalicə prosesindən sonra sağalan müğənni Şimal, ötən il rutin yoxlamalar zamanı beynində şiş olduğunu öyrənmişdi.

Sherg.az xəbər verir ki, 8 saat davam edən beyin əməliyyatından sonra sağalma mərhələsinə keçən Şimal, qısa müddət əvvəl yenidən sağlamlığına qovuşduğunu açıqlamışdı.

Ancaq 4 may tarixində səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilmiş və reanimasiya şöbəsində müalicəyə alınmışdı. Dünən vəziyyətinin kritik olduğu bildirilib və bu gün vəfat etdiyi açıqlanıb

Şimalin ölüm xəbərini həyat yoldaşı Necati Arıcı sosial mediada bu sözlərlə duyurub:
“Həyat yoldaşım Şimal Gülen Haqqın rəhmətinə qovuşdu. Cənazəsi Kuşadasında dəfn olunacaq. Halallıq üçün yer məlumatı veriləcək.”