Onu ideal ər halına gətirmək üçün illərimi verdim - Zeynəb Sevər Dəmirəl

"Gənçlərbirliyi"nin baş məşqçisi Volkan Dəmirəlin həyat yoldaşı Zeynəb Sevər Dəmirəl “ideal ər” mövzusu ilə bağlı diqqətçəkən açıqlama verib.

Sherg.az-ın məlumatına görə, o bildirib ki, həyat yoldaşının bu səviyyəyə gəlməsi təsadüfi olmayıb: “Onu ideal ər halına gətirmək üçün illərimi sərf etdim. Biz bunun üçün çalışdıq, hələ də çalışırıq”.

Zeynəb Sevər Dəmirəl əlavə edib ki, evlənmək deyil, evliliyi davam etdirmək əsas uğurdur.