Rihanna hamiləlik tərzi ilə Kann Kino Festivalında parladı

Üçüncü dəfə ana olmağa hazırlaşan Rihanna, Kann Kino Festivalında nümayiş etdirdiyi dəbli hamiləlik tərzi ilə diqqət mərkəzinə düşdü.

Sherg.az xəbər verir ki, hər hamiləliyində stil ikonu kimi tanınan Rihanna, Kanndakı qırmızı xalçada həyat yoldaşı ASAP Rocky ilə birgə poz verib.
Rihanna, Alaia brendindən firuzəyi (turkuaz) rəngli zərif bir geyim seçib.

ASAP Rocky isə Saint Laurent imzalı klasik tünd kostyum geyinərək kameralar qarşısına çıxıb.

ASAP Rocky, Spike Leenin “Highest 2 Lowest” adlı filmində Denzel Vashington ilə birlikdə rol alır.

Cütlük, artıq RZA və Riot Rose adında iki oğula sahibdir və üçüncü övladlarını qarşılamaq üçün gün sayırlar.