Məşhur müğənni Sertab Erener yeni “Tuz” mahnısı üçün studiyada işləyərkən küçədəki işçilər ilə dialoqu sosial mediada diqqət çəkib.
Sherg.az xəbər verir ki, səs yazısı zamanı yaranan səs-küydən narahat olan sənətçi işçilərdən “xahiş edirəm, qışqırmayın” deyə rica edib.
İşçilər isə işlərinin bitmək üzrə olduğunu bildirərək qısa müddətə tamamlayacaqlarını deyiblər. Erener isə onlardan səsi azaltmağı xahiş etdikdən sonra ərazidən uzaqlaşıb.