
Sibel Can ilk dəfə açıqladı! Manyak fanatından necə xilas oldu?
Yusif Nəzərli
15:51 20.04.2025
Şou
470
Mahnıları dillər əzbəri olan məşhur müğənni Sibel Can, İbrahim Selimin proqramına qonaq olub. Tanınmış sənətçi keçmişdə bir manyak fanatından polis sayəsində xilas olduğunu ilk dəfə danışıb.
Sherg.az xəbər verir ki, "İbrahim Selim ilə Bu Gecə" proqramının bu həftəki qonağı məşhur müğənni Sibel Can olub. Məşhur sənətçi həm güldürüb, həm də keçmişdə yaşadığı bir hadisəni danışaraq izləyiciləri narahat edib.
Son zamanlarda səhnə geyimləri ilə tez-tez medianın gündəminə gələn sənətçi, bu dəfə proqramdakı açıqlamaları ilə diqqət çəkib.

İbrahim Selimin “90-lar və 2000-lərdə hamının platonik sevgisi idiniz. Heç unutmadığınız bir sevgi etirafı varmı?” sualına Sibel Can daha əvvəl heç danışmadığı bir xatirə ilə cavab verib.
“Bu tam olaraq bir sevgi etirafı deyildi, amma fanatik bir fanat işin ucunu buraxmadı. Məni öz həyat yoldaşı, uşaqlarımı isə öz uşaqları kimi görməyə başladı. Bir gün böyük bir qutu gəldi.
Köməkçilərim qutunu açdı, içindən pomidor, bibər, açıq lokum, mürəbbə, mənə bir gecəlik, bir ədəd paçalı alt paltarı, Melisaya isə bir don çıxdı.
Yanında bir də məktub vardı: ‘Mən İstanbuldan kənardayam, xahiş edirəm uşaqlarıma yaxşı bax. Az qaldı, həyat yoldaşım, gəlirəm. Melisa lokumu çox sevir deyə ona da aldım’ – yazılmışdı.”
Sibel Can daha sonra gələn başqa bir qutu ilə yaşadığı qorxunu bu sözlərlə bölüşdü:
“Bir gün gələn qutudan bu dəfə bir də bıçaq çıxdı. O anda həqiqətən çox qorxdum. Dedim, bu artıq normal deyil. Dərhal polisə müraciət etdik. Xoşbəxtlikdən polis qrupları tez bir şəkildə hərəkətə keçdi və həmin manyak fanatı tapdı. Allah kömək olsun.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya