Survivor İsmail Balaban Türkiyəyə döndü: Həyat yoldaşı belə qarşıladı

"Survivor 2025" macərası bir neçə gün əvvəl başa çatan İsmail Balaban Türkiyəyə qayıdıb. 
Sherg.az xəbər verir ki, aylardan sonra həyat yoldaşına qovuşan İlayda Şeker bu anları sosial media izləyiciləri ilə paylaşıb.
Qeyd edək ki, keçmiş Survivor çempionu İsmail Balaban adaya vida edib. Göz yaşlarına boğulan Balaban vida çıxışında bunları deyib:
“Qismət buraya qədərmiş. Bəzən mental yorğunluq, fiziki yorğunluq insanı başqa yerlərə aparır. Bəlkə də mən də bunu yaşadım. Xeyirlisi bu imiş.”
Survivor macərası başa çatan Balaban Türkiyəyə qayıdıb. Uzun müddət həyat yoldaşından ayrı qalan İlayda Şeker, əri ilə görüş anlarını sosial mediada paylaşıb.
İlk dəfə ana olmağa hazırlaşan İlayda Şeker daha sonra paylaşdığı fotoda əri ilə əl-ələ olan görüntüsünü “Aslan ərimə qovuşdum” sözləri ilə yayımlayıb.
Qeyd edək ki, 2021-ci ildə Survivor yarışmasına qatılaraq çempion olan başpəhləvan İsmail Balabanla İlayda Şekerin dostluğu Survivor zamanı eşqə çevrilmişdi. Cütlük 2022-ci ildə evlənib.
Yarışmaya qatıldığı ilk həftədə ata olacağı xəbərini alan İsmail Balabanın yaxın günlərdə bir qız övladı olacağı məlum olub.