Dünyanın ən gözəl qızı seçilən və uşaqlıqdan modellik dünyasında tanınan Tilan Blondo, estetik əməliyyat etdirdiyinə dair iddialara sərt reaksiya verib.
Sherg.az xəbər verir ki, Tilan Blondo, hələ 3 yaşında "Jean Paul Gaultier"in diqqətini çəkməyə nail olmuş və 6 yaşında dünyanın ən gözəl qızı seçilmişdi.
Fransız futbol ulduzu Patrick Blondo və televiziya aparıcısı Veronika Loubrynin qızı olan 24 yaşlı Tilan Blondo açıqlamasında deyib:
"Bu cür şərhlərdən yorulmuşam. Gəncliyimdəki fotolarıma baxa bilərsiniz, heç bir şey dəyişməyib. 10 yaşımdan bəri insanlar üzümə bir şeylər etdirdiyimi deyir. Artıq buna son qoymağın vaxtı gəlib. Bu gün də insanlar məni görüb "Sən ən gözəl qızsan" deyirlər. Xeyr, hələ də deyiləm, mən sadəcə bir insanam."
Beləliklə, Blondo estetik əməliyyat etdirdiyinə dair iddialara açıq şəkildə cavab verərək, təbii gözəlliyini qoruduğunu vurğulayıb.