Türkiyəli müğənni Edis Görgülü saxlanılıb - YENİLƏNİB

Türkiyədə narkotiklə bağlı istintaq çərçivəsində müğənni Edis Görgülü saxlanılıb.

"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, sənətçi ifadə vermək üçün İstanbul Şəhər Prokurorluğuna çağırılıb.

Müğənni barəsində daha sonra saxlanılma qərarı çıxarılıb.

10:02

Türkiyədə narkotiklə bağlı istintaq çərçivəsində daha bir neçə tanınmış sənətçi saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Bildirilib ki, bu çərçivədə müğənnilər Murat Dalkılıç və Kaan Tangözlə aktyor İsmail Hacıoğlu da daxil olmaqla ümumilikdə 17 şübhəli saxlanılıb.