Xalq artisti Rihanna ilə 14 il əvvəlki fotolarını yayımladı

Xalq artisti Natiq Şirinov məşhur müğənni Rihanna ilə Bakıda eyni səhnəni bölüşdüyü anları sosial media hesabında yayımlayıb.

Nağara ifaçısı 2012-ci ildə Rihannanı səhnədə müşayiət etdiyi anları xatırlayaraq bunları yazıb:

"2012-ci il. Bakı. Arxivdən unudulmaz bir gecə. Dünya ulduzu Rihanna və Xalq artisti Natiq Şirinovun rəhbərlik etdiyi "Natiq Ritm" qrupu eyni səhnəni paylaşdı.

İllər keçsə də, həmin gecənin ritmi yaddaşlarda yaşayır. Ritm varsa, həyat var!" (Axşam.az)

Qalereya