Yaz toyu üçün hazırlıq

ABŞ-lı müğənni Taylor Svift (36) ilə nişanlısı, Amerika futbol ulduzu Travis Kelcenin (36) bu yay evlənmək üçün hazırlıq gördüyü bildirilir.

Sherg.az xəbər verir ki, Taylor Svift ilə "Kansas City Chiefs" komandasında çıxış edən Kelcenin bu yay Amerika futbolunun yeni mövsümü başlamazdan əvvəl evlənəcəyi deyilir. Chiefsin ilk məşqinin 22 iyulda keçiriləcəyi nəzərə alınaraq, nişanlıların iyun ayında evlənmək üçün toy hazırlıqlarını sürətləndirdiyi bildirilir.