Türkiyədə yayımlanan “Yeraltı” serialının Bozosu, Uraz Kayqılaroğlu Bakıya gələcək.
Kult.az xəbər verir ki, bu barədə “İ-ticket.az” saytı məlumat yayıb.
Məlumata görə, aktyor “Still Standing” layihəsi çərçivəsində gündəlik həyatın içindən seçdiyi absurd anlarını, səmimi hekayələrini və dəqiq müşahidələrini özünəməxsus üslubu ilə danışacaq.
Proqram 14 iyunda Bakı Avropa Məktəbində baş tutacaq. Biletlərin qiyməti isə minimum 30, maksimum isə 100 manat olacaq.