Türkiyəli sənətçi Yıldız Tilbe ilə Hülya Avşar arasında guya yaşandığı deyilən “çirkinlik” polemikasına münasibət bildirən Tilbe, sosial mediada gündəmə gətirilən sözlərin ona məxsus olmadığını vurğulayıb. O qeyd edib ki, sözügedən şərhlər yanlışdır və illər əvvəl baş vermiş bir hadisənin təhrif edilərək bu günə daşınmasından ibarətdir.
Sherg.az xəbər verir ki, iddialara görə, Avşarın Tilbeyə ünvanladığı “Çox çirkinsən, sənəti burax. Kimə lazımsan?” kimi ifadələr səsləndirdiyi, Tilbenin də buna bənzər cavab verdiyi irəli sürülüb.
Yıldız Tilbe sosial şəbəkə hesabında yaydığı açıqlamada ona aid edildiyi deyilən ifadələri qəti şəkildə təkzib edib:
“Salamlar. Hülya Avşar haqqında günlərdir yazılan o təhqiramiz cümlələr mənim dilimdən çıxmayıb. On il əvvəl baş vermiş bir hadisədə demədiyim sözlərin fotosumla birlikdə paylaşılıb, guya mən demişəm kimi təqdim edilməsi və bu gün yenidən dövriyyəyə buraxılması mənim üçün doğru deyil.”
Nəhayət bununla müzakirələrə nöqtə qoyulub. Bu açıqlamadan sonra Hülya Avşarın Tilbenin paylaşımına ürək emojisi ilə reaksiya verdiyi görüldü. Tərəflər arasındakı bu son addım sosial mediada “polemika bitdi” kimi şərh olundu.