Ermənilər tarixi izləri silə bilməz - Türkoloq-alim
08:33 04.11.2025
Tarix
609
Faiq Ələkbərli: “Tarixi torpaqlarımızın sahibliyini təbliğatla daha konkret sübut edə bilərik”
Prezident İlham Əliyev AMEA-nın 80 illik yubileyində bildirib ki, təkcə XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir, hər kəs görsün ki, indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Dövlət başçısı qeyd edib ki, o xəritələrdə Sevan gölü adlı göl yoxdur: "O xəritələrdə Göyçə gölüdür və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb". Ölkə rəhbəri qeyd edib ki, o xəritələri biz yox, çar Rusiyası edib: "Həmin o çar Rusiyası ki, vaxtilə erməniləri İrandan və Şərqi Anadoludan gətirərək bizim Qarabağ torpağında yerləşdirib ki, burada etnik və dini tərkib dəyişsin. Ona görə biz bunu təbliğ etməliyik, tədqiq etməliyik".
Türkoloq-alim Faiq Ələkbərli "Şərq"ə bildirib ki, indiki Ermənistan adlı ərazinin tarixi Azərbaycan torpaqları olması nəinki sadəcə çar Rusiyasının sənədlərində, xəritələrində, bir çox Avropa ölkələrinin - Fransa, İspaniya, Portuqaliya, Böyük Britaniyaya aid daha əvvəlki dönəmlərə aid xəritələrdə həmin torpaqların türklərə məxsus olması faktı öz əksini tapıb:
"Çar Rusiyasında o zaman xəritələr tərtib edənlər mövcud tarixi reallıqları gözardı edə bilməzdi. İndi Ermənistan adlanan respublikanın bütün əraziləri Azərbaycana məxsus olduğuna görə, həmin yerlərdə azərbaycanlılar yaşayıb, toponimlər türklərə aid olub. Bunu inkar etmək qeyri-mümkündür. Göyçə, Dərələyəz, Zəngəzur, İrəvan və digər yurdlarımıza hayların kütləvi köçü çar Rusiyası dövründə baş verib. Düzdür, əvvəllər xristian azlıqlar olub. Ermənilərin kütləvi köçü məqsədyönlü şəkildə həyata keçirilən siyasət idi. Çar Rusiyası Osmanlı ərazisindən, Qacar dövlətindən erməniləri indiki Ermənistana köçürüb. Dini və milli tərkib türklərin, müsəlmanların əleyhinə dəyişdirilib. Ancaq bu, qeyri-təbii şəkildə baş verdiyinə görə, həqiqəti dəyişdirə bilmədilər, tarixi izləri tamamilə silmək mümkün olmadı Azərbaycan Prezidenti İlham Əliyevin AMEA-dakı çıxışında bunu xüsusi vurğulaması təbiidir. Dövlət başçısı indiki Ermənistan ərazisinin Azərbaycana məxsus olmasını xüsusi vurğuladı. Həmin ərazidə bizim milli irsimiz, dəyərlərimiz yatır. Ermənilər çox saxtakarlıq etsələr də, oradan azərbaycanlıların izini silə bilməzlər. Azərbaycan türkləri islam dinindən əvvəl də, sonra da sözügedən ərazilərin qədim sahibi olublar. Haylar Azərbaycanda xristianlığı qəbul etmiş türk tayfalarının irsini də mənimsəyiblər. Ona görə, dövlət başçısının dediyi kimi bu məsələlərə daha ciddi yanaşmalıyıq, təbliğatımızı daim gücləndirməliyik. Biz prosesi doğru-dürüst şəkildə həyata keçirsək, tarixi torpaqlarımızın sahibi olduğumuzu daha konkret şəkildə ortaya qoya bilərik".
İsmayıl Qocayev
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
1 gün ac qalmaq orqanizmi cavanlaşdırır!
03:51 30.08.2026
Sağlamlıq
La-Manş boğazında 5 nəfərin olduğu gəmi kömək siqnalı verib
02:42 30.08.2026
Dünya
Krasnodar hava limanı bağlandı
01:53 30.08.2026
Dünya
Kiyevdə hava hücumundan sonra anbarlarda yanğın baş verib
01:20 30.08.2026
Dünya
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm