Antalyanın Kumluca rayonundakı Gelidonya Dəniz Mayakı 1936-cı ildən bəri dənizçilərə işıq tutan tarixi məkan kimi tanınır. Sherg.az xəbər verir ki, mayakın qorunması Demir ailəsinin üç nəsli tərəfindən həyata keçirilir.
Son nəsil nümayəndəsi Mustafa Demir, 2023-cü ildə təqaüdçü olsa da, uşaqlıq xatirələrini yaşatmaq və mayakı ziyarət edən turistlərə məlumat vermək üçün tez-tez bu tarixi məkanın ətrafına gedir. O, buranın məsuliyyətinin ailədə babadandan oğula ötürüldüyünü bildirir.

Mustafa Demir qeyd edir ki, mayakın hər yeri, torpağı ailəsinin xatirələri ilə doludur və bu tarixi yeri qorumaq, həm yerli, həm də xarici ziyarətçilərin məsuliyyətidir. Gelidonya mayakı həm dənizçilər üçün əhəmiyyətli, həm də turistlər üçün maraqlı bir tarixi məkan olaraq qalır.