
Türkçülük Günü və TDT bir-birini tamamlayır -ŞƏRH
13:39 03.10.2025
Tarix
1368
Faiq Ələkbərli: Türk dövlətlərinin birliyi yalnız türklər üçün deyil, bəşəriyyət üçün də önəmlidir
Oktyabrın 3-ü türk kimliyi, birlik və həmrəylik şüurunun simvolu olmaqla yanaşı, türk dünyasının ortaq dəyərlərini və ortaq gələcəyini bir daha ön plana çıxarır. Tarixən türkçülük ideyalarının formalaşdığı və inkişaf etdiyi dönəmlərdən ilhamlanan bu gün, eyni zamanda müasir dövrdə Türk Dövlətləri Təşkilatının güclənməsi ilə türk dünyasının birliyinin möhkəmlənməsinə şərait yaradır. Türkçülük Günü, yalnız keçmişə sayğı ifadəsi deyil, eyni zamanda gələcəyə ümidi və ortaq bir iradəni nümayiş etdirən önəmli bir bayramdır. Bu mənada, üç oktyabrın anlamı və önəmi türk xalqları arasında qardaşlıq və əməkdaşlıq ruhunu daha da dərinləşdirir.
Bu il Türkiyə Xarici İşlər Nazirliyi 3 Oktyabr Türk Dövlətləri Əməkdaşlığı Gününü və Türk Dövlətləri Təşkilatının təsis sənədi olan Naxçıvan Müqaviləsinin imzalanmasının 16-cı ildönümünü böyük qürurla təbrik edib. Nazirliyin açıqlamasında bu əlamətdar günün həm ölkədə, həm də bölgədə və ondan kənarda sülh, rifah və sabitliyə xidmət etməyə davam edən Türk Dövlətləri Təşkilatının önəmi vurğulanıb. Bu addım, türk dünyasında birliyin və əməkdaşlığın gücləndirilməsinin nə qədər önəmli olduğunu bir daha göstərir.
AMEA Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, dosent Faiq Ələkbərli Sherg.az-a açıqlamasında üç oktyabr tarixinin Türkçülük Günü kimi qeyd olunmasının türk xalqları üçün əhəmiyyətli olduğunu söyləyib:

"Bugünün mahiyyəti türkçülüklə, türk davası ilə, türklük şüuruna bağlıdır. Bildiyimiz kimi, bu, 1940-cı illərin sonu, 1950-ci illərdə məhz Türkiyədə tarixə çevrilmiş bir gündür. O dövrdə baş verən hadisələr nəticəsində, türklük şüuruna, türkçülük düşüncəsinə qarşı çıxanlar olsa da, buna rəğmən onu müdafiə edənlər bu günü "Türkçülük Günü" kimi tarixə yazdılar. Bu gün Türkiyə Xarici İşlər Nazirliyinin də həm bu günü vurğulaması, həm də Türk Dövlətləri Təşkilatının yəni Türk Şurasının yaranmasının 16-cı ildönümündə bu münasibətlə bəyanat yayması təqdirəlayiq haldır. Ümumiyyətlə, Türk Dövlətləri Təşkilatı və Türkçülük Günü bir-birini tamamlayan anlayışlardır. Çünki türklük düşüncəsi bu təşkilatın əsasını təşkil edir. Tarixə baxdıqda görürük ki, Hun dövləti, Göytürk Kağanlığı, Səlcuqlar, Xərazmşahlar, Səfəvilər, Osmanlılar kimi böyük türk dövlətlərinin mövcud olduğu dövrlərdə türklük ruhu daim yaşadılıb".
Ekspert bu gün Türk Dövlətləri Təşkilatının dünyada yeni bir güc mərkəzinə çevrildiyini bildirib:
"TDT-nin güclənməsi təkcə müstəqil türk dövlətləri üçün deyil, həm də digər dövlətlərin tərkibində yaşayan yarımmüstəqil və ya hüquqsuz türk xalqları üçün də böyük bir ümiddir. Bu birlik onların insan hüquqlarının qorunması, sosial ədalətin təmin olunması baxımından ciddi bir vəddir.
Türk dövlətlərinin güclənməsi təkcə türklər üçün deyil, bütün bəşəriyyət üçün önəmlidir. Tarix boyu türk dövlətləri bəşəriyyət naminə mücadilə aparıb, heç bir şovinist və ya irqçi siyasət yeritməyib. Əgər bu cür hallara rast gəlinibsə də, bu, yalnız həmin dövlətlərin zəifləmə və mahiyyət dəyişmə dövrlərində olub. Bu gün dünya çoxqütblü sistemə doğru gedir və bu şəraitdə Türk Dövlətləri Təşkilatının güclü aktora çevrilməsi bütün dünya üçün faydalı olacaq. Mən buna ürəkdən inanıram".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
1 gün ac qalmaq orqanizmi cavanlaşdırır!
03:51 30.08.2026
Sağlamlıq
La-Manş boğazında 5 nəfərin olduğu gəmi kömək siqnalı verib
02:42 30.08.2026
Dünya
Krasnodar hava limanı bağlandı
01:53 30.08.2026
Dünya
Kiyevdə hava hücumundan sonra anbarlarda yanğın baş verib
01:20 30.08.2026
Dünya
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm