Sosioloq: Psixi xəstə tabesizlik göstərsə belə, ona zorakılıq göstərilməsi qadağandır
13:15 16.08.2024
Sosial
554
Sosial şəbəkələrdə 1 saylı Maştağa Psixiatriya xəstəxanasında pasientin döyüldüyü ilə bağlı görüntülər yayılıb.
Publika.az xəbər verir ki, həmin kadrları lentə alan xəstə yaxını atasının sözügedən tibb müəssisəsində şiddət gördüyünü iddia edir.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Qafqazinfo-nun sorğusuna cavab olaraq bildirib ki, həmin şəxsin müalicə olunduğu xüsusi təyinatlı tibb müəssisəsində xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.
Məsələ ilə bağlı tədqiqat araşdırmaları aparılır.
Maraqlıdır, Psixiatriya xəstəxanalarında niə nəzarət yoxdur?
Məsələni dəyərləndirən sosioloq Elçin Bayramlı "Sherg.az"a deyib ki, bu cür sosial müəsisələrdə nəzarət yox səviyyəsindədir:
''Başqa ölkələrdə müxtəlif ictimai təşkilatlar, xeyriyyə cəmiyyətləri, sosial platformalar davamlı olaraq həmin müəsisələri nəzarətdə saxlayırlar. Təbii ki, dövlətin də ciddi nəzarəti vacibdir. Çünki onlar həssas qruplardır və istədiyimiz an tabe olmurlar. Çox təəssüf ki, həmin müəsisələrə ciddi nəzarət olunmur. Belə hallarda isə bu cür hadisələrin baş verməsi normaldır. Biz ancaq belə vəziyyətlərin 100-də birini görürük. Bu da cəmiyyətə ictimailləşdirildikdən sonra məlum olur. İnternat məktəbində böyüyən, ruhi xəstəxanalarında müalicə alan və qocalar evində qalanlarla danışıqlar aparanda başlarına gətirilən dəhşətli hadisələrdən şoka düşürük. Onların nə şikayyət , nə də nəzarət etmə imkanları yoxdur. Özbaşınalığın qarşısını almaq üçün həmin müəsisələr ictimaiyyətə açıq olmalıdır ki, istənilən vaxt bura jurnalistlər, QHT-lər daxil ola bilsinlər. Onların kənar dünya ilə birbaşa əlaqələri təmin olunmalıdır. Məsələn, hansısa problemlə üzləşdikdə internet, telefon üzərindən kiməsə məlumat vermək imkanı yaradılmalıdır. Amma Azərbaycanda belə müəsisələr tam həbsxana rejimində fəaliyyət göstərir. Fürsətdən istifadə edən müəsisənin əməkdaşları, rəhbərlikləri onlara qarşı sərt davranırlar. Həmçinin, onların başqa hüquqları da pozulur. Məsələn, qidalanma hüquqları. Dövlətin ayırdığı vəsait və ləvəzimatlar həmin həssas qrupun nümayəndələrinə çatdırılmır. Çünki onların hüququnu müdafiə edəcək kimsə yoxdur''.
Ekspert qeyd edib ki, bu kimi müəsisələrin hər bir yerində kameralar yerləşdirilməlidir:
''Ciddi cəza mexanizmləri təşkil olunmalıdır. Avropa ölkələrində xəstələrlə pis davrananlara qarşı sərt qanunlar var. Hətta, psixi xəstə tabesizlik göstərsə belə, ona zorakılıq tədbiq edilməsi qadağandır. Bizdə bir qədər cəzasızlıq mühiti formalaşıb. Yəni, xəstələrəvə yaxud internat uşaqlarına pis davranışına görə, kiminsə cəzalandığını müşahidə etməmişik. Belə olduqda isə bu kimi hadisələrin qarşısını almaq qeyri-mümkündür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya