Ermənistan silahlı qüvvələrinin Ballıqayada törətdiyi qətliamla bağlı protokollar məhkəmədə tədqiq edilib
Yusif Nəzərli
14:40 05.05.2025
Cəmiyyət
443
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində 1992-ci il avqustun 28-də Goranboy rayonunun Ballıqaya kəndində törədilmiş qətliam faktı ilə bağlı protokollar elan və tədqiq edilib.
Sherg.az xəbər verir ki, sənədlərə əsasən, Laçın rayonu işğal edildikdən sonra müvəqqəti olaraq Goranboy rayonunun Ballıqaya kəndində yerləşən, Gülüstan meşəliyinin kənarında alaçıqlarda məskunlaşmış, Laçın rayonunun Nağdalı kənd sakinləri 1992-ci il avqustun 28-də gecə saat təxminən 05 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən odlu silahlardan ümumi təhlükəli üsulla atəşə tutulub, nəticədə 24 nəfər qətlə yetirilib, 9 nəfər yaralanıb.
Qətliam zamanı həlak olmuş şəxslərdən 7-si 18 yaşınadək, 4-ü 60 yaşdan yuxarı şəxslər, ümumilikdə, 13-ü qadın cinsinə, 11-i isə kişi cinsinə aiddir.
Hadisə yerinə baxış keçirilməsi haqqında protokola əsasən müəyyən edilib ki, Laçın rayonundan məcburi köçkün düşmüş şəxslər Ballıqaya kəndinin dağlıq hissəsində “fin evi” adlanan tikilidə və 4 alaçıqda məskunlaşıblar. Onlar həmin gecə təxminən 9 nəfər erməni hərbçisi tərəfindən ümumi təhlükəli üsulla odlu silahlardan atılmış atəşlər nəticəsində öldürülüb, daha sonra yaşadıqları alaçıqlar od vurulmaqla yandırılıb. “Fin evi” adlanan tikili tamamilə yanıb, içərisindən bir qadın və 6 uşaq meyiti, 1-ci alaçıqdan 6 meyit, 2-ci alaçıqdan 4 meyit, 3-cü alaçıqdan 1 yaralı uşaq, 2 meyit, 4-cü alaçıqdan 2 meyit və 2 yaralı uşaq, “Belarus” markalı traktorun yaxınlığında 3 meyit aşkalanıb.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi mayın 8-də davam etdiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya
Mendel: Zelenskinin siyasəti Ukraynanı xarabalığa çevirir
17:24 14.08.2026
Dünya
Şoyqu: Köhnə dərsliklər Rusiyanı tənqid etmək üçün “vəsait” idi
17:21 14.08.2026
Dünya