Ali təhsil müəssisələrinə qəbul olunanlar üçün qeydiyyatın vaxtı bilinib

Qəbul olunanların ali təhsil müəssisələri üzrə qeydiyyatı yalnız my.gov.az portalı üzərindən həyata keçirilir.

DİM-dən verilən məlumata görə, qeydiyyat avqustun 28-dən 8 sentyabr saat 18:00-dək davam edəcək.

Qeyd olunub ki, qeydiyyat üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti “mygov” platformasında istifadəyə verilib.